WhiteCard
WhiteCard
Ana səhifə

İstifadə Şərtləri və Qaydalar

Son yenilənmə: 2026

Bu Şərtlər və Qaydalar AĞ KART MMC (VÖEN: 1507687391) tərəfindən idarə olunan WhiteCard (whitecard.az) platformasının istifadə qaydalarını müəyyənləşdirir. Platformaya daxil olmaqla və ya qeydiyyatdan keçməklə, bu Şərtləri tam qəbul etmiş olursunuz. Şərtləri qəbul etmədiyiniz təqdirdə, platformadan istifadəni dayandırmağınız xahiş olunur.

1. Xidmətin təsviri

WhiteCard — partnyor məkanlarda endirim qazanmağa imkan verən rəqəmsal loyallıq kartı xidmətidir. İstifadəçi qeydiyyatdan keçərək rəqəmsal kart əldə edir, partnyor məkanlarda ödəniş zamanı kartını skan etdirərək endirim alır və xal toplayır.

2. Qeydiyyat

Xidmətdən istifadə üçün ad, soyad, mobil nömrə, e-poçt ünvanı, doğum tarixi və parol təqdim etməlisiniz. Təqdim etdiyiniz məlumatların doğru və aktual olması sizin məsuliyyətinizdir. Hazırda WhiteCard-dan istifadə tamamilə ödənişsizdir — qeydiyyat və abunə haqqı tutulmur. Xidmət şərtlərində hər hansı dəyişiklik olarsa, bütün istifadəçilərə öncədən məlumat veriləcək və yenilənmiş şərtlərin qəbulu tələb olunacaqdır.

3. Səviyyələr və xal sistemi

Qazandığınız endirim faizləri xal olaraq toplanır. Səviyyələr (Təklif ovçusu, Təklif maqniti, Endirim asılısı) topladığınız xal, il ərzində istifadə etdiyiniz fərqli məkan sayı və ya ödənişli üzvlük əsasında müəyyən edilir. Endirim faizləri hər partnyor məkanın müqaviləsinə görə dəyişir və məkan tərəfindən təyin olunur.

4. İstifadəçinin öhdəlikləri

  • Kartı yalnız şəxsi istifadə üçün istifadə etmək;
  • Yanlış və ya saxta məlumat təqdim etməmək;
  • Sistemə zərər verə biləcək hərəkətlərdən çəkinmək;
  • Hesab məlumatlarının (parol) məxfiliyini qorumaq.

5. Hüquqların qorunması

Biz istənilən vaxt bu Şərtləri dəyişmək hüququnu özümüzdə saxlayırıq. Dəyişikliklər bu səhifədə dərc olunduğu andan qüvvəyə minir. Platformadan istifadəni davam etdirməklə yenilənmiş Şərtləri qəbul etmiş olursunuz.

6. Məsuliyyətin məhdudlaşdırılması

Partnyor məkanlarda təqdim olunan xidmət və məhsulların keyfiyyətinə görə müvafiq məkan məsuliyyət daşıyır. WhiteCard yalnız loyallıq və endirim platforması kimi fəaliyyət göstərir.

Partnyor məkanlar WhiteCard ilə bağladıqları müqaviləyə əsasən razılaşdırdıqları endirim və hədiyyələri kart sahiblərinə təqdim etməyə borcludurlar. Əgər hər hansı partnyor məkan razılaşdırılmış endirimi tətbiq etməkdən və ya hədiyyəni təqdim etməkdən imtina edərsə, bunun məsuliyyəti birbaşa həmin məkanın üzərinə düşür. WhiteCard belə hallarda yalnız vasitəçi platforma kimi çıxış edir və müqavilə şərtlərinin icrasını tələb etmək hüququna malikdir.

Endirim və ya hədiyyənin tətbiqi üçün hesabı ödənilən masa arxasında ən azı bir kart sahibi (WhiteCard istifadəçisi) əyləşmiş olmalıdır. Əgər kart sahibi masada əyləşməyibsə və başqa şəxsin hesabını ödəmək istəyirsə, partnyor məkan endirim və ya hədiyyə təqdim etməkdən imtina edə bilər.

7. Saxtakarlığın qarşısının alınması

Şübhəli məqamlar olduğu təqdirdə WhiteCard saxtakarlığın və fraud hallarının qarşısının alınması məqsədi ilə sizdən endirim və ya hədiyyə aldığınız məkanda ödədiyiniz ödənişlə bağlı təsdiqedici məlumatlar (çek, qəbz və ya digər sübutlar) tələb edə bilər. Kifayət qədər yetərli sübutlar təqdim olunmadığı təqdirdə hesabınızdan xallar silinə və hesabınız deaktiv edilə bilər.

Əlaqə:
Tel: +994 10 212 91 47
E-poçt: contact@whitecard.az
Ünvan: Əliəşrəf Əlizadə 791, Bakı AZ1008, Azərbaycan

Terms and Conditions

Last updated: 2026

These Terms and Conditions govern the use of the WhiteCard platform (whitecard.az), operated by AĞ KART MMC (VOEN: 1507687391). By accessing the platform or registering, you fully accept these Terms. If you do not accept them, please discontinue use of the platform.

1. Service description

WhiteCard is a digital loyalty card service that lets you earn discounts at partner venues. After registering, you receive a digital card, get discounts by having your card scanned when paying, and collect points.

2. Registration

To use the service you must provide your name, surname, mobile number, email, date of birth and a password. You are responsible for the accuracy of the information provided. WhiteCard is currently completely free of charge — no registration or subscription fees apply. Should the terms of service change, all users will be notified in advance and asked to accept the updated terms.

3. Levels and points

The discount percentages you earn are accumulated as points. Levels (Deal Hunter, Offer Magnet, Sale Addict) are determined by points collected, the number of distinct venues used during the year, or a paid membership. Discount rates vary per partner venue and are set by the venue.

4. User obligations

  • Use the card for personal use only;
  • Do not provide false or fraudulent information;
  • Refrain from actions that could harm the system;
  • Keep your account credentials (password) confidential.

5. Protection of rights

We reserve the right to change these Terms at any time. Changes take effect once published on this page. By continuing to use the platform, you accept the updated Terms.

6. Limitation of liability

The respective venue is responsible for the quality of services and products offered at partner venues. WhiteCard operates solely as a loyalty and discount platform.

Under the agreement they sign with WhiteCard, partner venues are obliged to provide cardholders with the agreed discounts and gifts. If any partner venue refuses to apply the agreed discount or to provide the gift, the responsibility falls directly on that venue. In such cases WhiteCard acts only as an intermediary platform and reserves the right to require performance of the contractual terms.

For a discount or gift to apply, at least one cardholder (WhiteCard user) must be seated at the table whose bill is being paid. If the cardholder is not seated at the table and wishes to pay someone else's bill, the partner venue may refuse to provide the discount or gift.

7. Fraud prevention

In case of suspicious activity, in order to prevent fraud and abuse, WhiteCard may request supporting information (receipt, bill, or other evidence) regarding the payment you made at the venue where you received a discount or gift. If sufficient evidence is not provided, points may be removed from your account and your account may be deactivated.

Contact:
Phone: +994 10 212 91 47
Email: contact@whitecard.az
Address: Aliashraf Alizadeh 791, Baku AZ1008, Azerbaijan

Условия использования

Последнее обновление: 2026

Настоящие Условия регулируют использование платформы WhiteCard (whitecard.az), управляемой AĞ KART MMC (VOEN: 1507687391). Входя на платформу или регистрируясь, вы полностью принимаете эти Условия. Если вы их не принимаете, прекратите использование платформы.

1. Описание услуги

WhiteCard — цифровая карта лояльности, позволяющая получать скидки у партнёрских заведений. После регистрации вы получаете цифровую карту, получаете скидки при сканировании карты во время оплаты и накапливаете баллы.

2. Регистрация

Для использования услуги необходимо указать имя, фамилию, мобильный номер, эл. почту, дату рождения и пароль. Вы несёте ответственность за достоверность данных. В настоящее время пользование WhiteCard полностью бесплатно — регистрационные взносы и подписка не взимаются. При изменении условий все пользователи будут уведомлены заранее, и потребуется принятие обновлённых условий.

3. Уровни и баллы

Полученные проценты скидок накапливаются как баллы. Уровни (Охотник за скидками, Магнит предложений, Зависимый от скидок) определяются количеством баллов, числом разных заведений за год или платной подпиской. Размеры скидок различаются у каждого партнёра и устанавливаются заведением.

4. Обязанности пользователя

  • Использовать карту только в личных целях;
  • Не предоставлять ложную информацию;
  • Воздерживаться от действий, способных навредить системе;
  • Сохранять конфиденциальность пароля.

5. Защита прав

Мы оставляем за собой право изменять Условия в любое время. Изменения вступают в силу с момента публикации на этой странице.

6. Ограничение ответственности

За качество услуг и товаров в партнёрских заведениях отвечает соответствующее заведение. WhiteCard действует исключительно как платформа лояльности и скидок.

Согласно договору, заключённому с WhiteCard, партнёрские заведения обязаны предоставлять держателям карт согласованные скидки и подарки. Если какое-либо партнёрское заведение отказывается применить согласованную скидку или предоставить подарок, ответственность за это несёт непосредственно данное заведение. В таких случаях WhiteCard выступает лишь как платформа-посредник и вправе требовать исполнения условий договора.

Для применения скидки или подарка за столом, чей счёт оплачивается, должен находиться хотя бы один держатель карты (пользователь WhiteCard). Если держатель карты не находится за столом и желает оплатить чужой счёт, партнёрское заведение вправе отказать в предоставлении скидки или подарка.

7. Предотвращение мошенничества

В случае подозрительных действий, в целях предотвращения мошенничества WhiteCard может запросить у вас подтверждающую информацию (чек, квитанцию или иные доказательства) об оплате, совершённой в заведении, где вы получили скидку или подарок. При отсутствии достаточных доказательств баллы могут быть списаны с вашего аккаунта, а сам аккаунт может быть деактивирован.

Контакты:
Тел: +994 10 212 91 47
Эл. почта: contact@whitecard.az
Адрес: Алиашраф Ализаде 791, Баку AZ1008, Азербайджан